:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda qayınanasını öldürən şəxsə hökm oxunub

Font

Bakı Ağır Cinayətlər məhləməsində qətl törətməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Hüseynov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsibdəki Vərəm Dispanserində baş verib. Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Bağır qızı Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb.
Məlumata görə, hadisəni törədən E.Hüseynovla həyat yoldaşı arasında mübahisə yaranıb, həyat yoldaşı evi tərk edərək anasıgilə gedib. E.Hüseynov dispanserə gələrək qayınanasından qızını geri göndərməsini tələb edib.
F.Mürsəlova isə E.Hüseynovun tələbinə rədd cavabı verib. Tərəflər arasında yaranan mübahisə qadının qətli ilə nəticələnib.