:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ-ın dövlət borcu rekord həddə çatıb

Font

ABŞ-ın dövlət borcunun həcmi 20 trln. dollar həddini keçib. Yenizaman.az "RBC" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı "Washington Examiner" qəzeti yayıb.
Qəzet ABŞ Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ABŞ-ın dövlət borcu hazırda 20,162 trln. dollar təşkil edir. Qeyd edək ki, sentyabrın 8-də ABŞ Prezidenti Donald Tramp dövlət borcunun müvəqqəti olaraq məhdudiyyətsiz artırılmasına dair qanun imzalayıb. Bu tarixə qədər isə ABŞ-ın dövlət borcunun maksimal icazə verilən həddi 19,84 trln. dollara bərabər olub.