:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mikayıl Cabbarov test imtahanlarının ləğv ediləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib

Font

"Azərbaycanda iki il sonra qəbul və buraxılış imtahanlarında tətbiq ediləcək yeni modelin hazırlanması istiqamətində işçi görüş keçirilib”.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüş təşkil olunub. Onun sözlərinə görə, ictimaiyyət bu prosesin mərhələləri ilə bağlı məlumatlandırılacaq.
Nazir qeyd edib ki, təklif olunan formata dair məlumatlar ictimaiyyətə açıqlanacaq: "Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi imtahanlarda tətbiq olunacaq yeniliklə bağlı birlikdə işlər aparır. Azərbaycanın məktəblərində 9 il öncə yeni proqram - kurikkulum tətbiq edilib. Layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdən ibarətdir. Bu istiqamətdə işlər daima həyata keçirilir”.