:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Böyük Britaniya XİN başçısı: "Aİ Türkiyəni özündən uzaqlaşdırmamalıdır"

Font

"Avropa İttifaqı Türkiyəni özündən uzaqlaşdırmamalıdır".
Yenizaman.az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Tallində Avropa İttifaqı (Aİ) ölkələrinin XİN başçılarının qeyri-rəsmi sammitində deyib.
"Türkiyə böyük, hamımız üçün strateji cəhətdən əhəmiyyətli ölkədir", - o vurğulayıb.
Eyni zamanda diplomat əlavə edib ki, bütün Aİ ölkələri, o cümlədən Böyük Britaniya Türkiyədə insan hüquqları ilə bağlı vəziyyətdən, "Amnesty International"ın əməkdaşlarına, jurnalistlərə münasibətindən narahatdır.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkel seçkiqabağı teledebatlarda Aİ-də Türkiyəyə yer olmadığını söyləyib.