:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yüzilliyin ən nüfuzlu rusiyalılarının adı açıqlandı

Font

"Forbes” jurnalı son yüzillik ərzində ən nüfuzlu rusiyalıların siyahısını hazırlayıb.

Siyahıda Vladimir Putin, Yuri Qaqarin, Mixail Qorbaçov, Alla Puqaçova, Leonid Brejnev və Vladimir Lenin kimi adlar yer alıb.
Qeyd edilir ki, redaksiya və jurnalın ekspertləri 1917-ci ildən 2017-ci ilə qədər iqtisadiyyat, biznes, elm, cəmiyyət və siyasətə böyük təsiri olan rusiyalıları seçiblər.
Yüzilliyin yüz ən nüfuzlu rusiyalılardan 21-i hazırda yaşayır. Onların arasında prezident Vladimir Putinlə yanaşı, balet ulduzu Mixail Barışnikov, fizik Jores Alfyorov, "Vkontakte” və "Telegram”ın yaradıcısı Pavel Durov, rejissor Nikita Mixalkov, xokkeyçilər Aleksandr Oveçkin və Vladislav Tretyak, müğənni Alla Puqaçov, riyaziyyatçı Qriqori Perelma və sabiq maliyyə naziri Aleksey Kudrin var.
Onlardan ən gənci "Ethereum” kriptovalyutanın banisi 23 yaşlı Vitalik Buteridir.