:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu məşhura 1 gecə üçün 2,5 milyon dollar təklif etdilər - VİDEO

Font

20 yaşlı Ceyz İqer model olaraq fəaliyyət göstərdiyi agentlikdən əxlaqsız təklif aldığını iddia edib.

"Daily Mail" xəbər verir ki, İngiltərədə baş verən hadisə mediada geniş müzakirəyə çıxarılıb. Şirkətin adı qeyd olunmasa da, aralarında gedən söhbəti sübut edəcək yazışmalar sosial şəbəkələrə yüklənib.

Cazibədar model iddia edir ki, rəhbərlik ona 2.5 milyon dollar qarşısılığında məşhur bir aktyorla bir gecə keçirtməsini təklif edib. Aktyorun adı da sirr olaraq qalıb.

Gənc qız bu təklifə reaksiya vermədiyi üçün ikinci dəfə rəhbərlik tərəfindən onun nömrəsinə ismarıc gəlib. İsmarıcda deyilir:

"Moda sahəsində ayaqda qalmaq, adını ən yüksək zirvələrə yazmaq istəyirsənsə, belə təkliflərə "yox" deməməyi öyrənməlisən. Həyatda uğur qazanan modellər belə işləyir” kimi ifadələr yer alıb.