:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda atalığından hamilə qalan 12 yaşlı qız barədə YENİ XƏBƏR

Font

Balakən rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan şəxs məhkəmə qarşısına çıxarılıb. 

Lent.az xəbər verir ki, Balakən rayon Məhkəməsinin qərarı ilə 12 yaşlı C.Ş-nı zorlayaraq bəkarətini pozan və onun hamilə qalmasına səbəb olan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3-cü (Zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə açılmış cinayət işinin istintaqı davam etdirilir.
Bu arada məlum olub ki, atalığı tərəfindən zorlanan yeniyetmə qızın anası onun doğma atası ilə 7 il əvvəl ayrılıb. Bundan sonra uşağın anası Elçinlə tanış olub və dini kəbin kəsdirərək birgə yaşamağa başlayıblar. Bir müddət əvvəl isə onlar kafe icarəyə götürərək birgə işləməyə başlayıblar. 12 yaşlı qızın zorlanması hadisəsi də anası kafedə işdə olarkən baş verib. Evdə heç kimin olmamasından istifadə edən Elçin Şindiyev onu zorlayıb.
Bildirilir ki, C.Ş-nın 22-25 həftəlik hamilə olması o, bacısı və babası ilə birgə xəstəxanaya müraciət edərkən məlum olub. Qızın anası bildirib ki, övladının səhhətindəki problemdən şübhələndiyi üçün onu bacısı və babası ilə həkim müayinəsinə göndərib, işi olduğu üçün özü xəstəxanaya getməyib.
Qeyd edək ki, törətdiyi əməl sübuta yetirilərsə, Elçin Şindiyevi səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.