:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ağdamın “Qarabağ” komandası tarix yazdı

Font

"Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdamın "Qarabağ” klubu həlledici matça çıxıb.

Qurban Qurbanovun komandası səfərdə Danimarkanın "Kopenhagen” klubu ilə qarşılaşıb.
Matç "Kopenhagen”-in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsi bərabər olsa da, rəqib meydanda vurulan top hesabına "Qarabağ” növbəti mərhələyə adlayıb. Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.