:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Əxlaqlı müğənni ilə ailə quraram"

Font

Müğənni Niyam Salami musavat.com saytına müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- "ATV maqazin 10larla” verilişində həmkarınız M. Əsədovanı Cennifer Lopezə bənzətməniz insanların etirazına səbəb oldu. Bildirdilər ki, Mətanətdən gözəl sənətçilər çoxdur və o, Cenniferə bənzəmir.

- Mən yalan deməmişəm, Mətanət bədən formasına görə Cenniferə oxşayır. Mən simasını və səsini nəzərdə tutmamışdım. Mətanət qadın olaraq əməliyyat olunmadan hər şeyi yerindədir. Mən kişi xeylağı olaraq, utanmadan, çəkinmədən deyirəm ki, Mətanət Azərbaycanın Cenniferidir.

- Həmin süjetdə Mətanət xanımla səmimi görüntüləriniz diqqət çəkdi. Hətta sizin sevgili olduğunuz iddia edildi.

-Bizim dostluq münasibətimiz sevgiyə yaxındır. Səmimi dostuq. Zarafatlaşırdıq, operatorun çəkiliş etdiyindən xəbərsiz idik. Mən kamera qarşısında səmimi zarafat etmirəm. Efirdə görəndə narahat oldum. Məni tamaşaçılar elə görməmişdi, onlara təəccüblü gələ bilər.

- Xanəndə Elnarə Abdullayeva demişdi ki, oğluna müğənni qız almaz. Bu söz şou-biznesdə səs-küy yaratdı. Siz sənət yoldaşınızla ailə qurarsınız?

-Niyə qurmuram? Sənət adamı çöldə sənəti, evdə ev ilə məşğul olur. Hər sahənin pisi və yaxşısı var. Yaxşını pisə qatmaq olmaz. O qədər pis yolda gəzən müğənni var, yaxşı müğənnilərlə onları necə müqayisə etmək olar? Abırlı-həyalı xalq artistlərimiz, sənətçilərimiz var. Mələkxanım Əyyubovanın gözəl ailəsi, nəsli-kökü var. Deməli, onu alan qeyrətsizdir, biz qeyrətliyik? Əxlaqlı müğənni ilə ailə quraram.

- Evlənməkdən söz düşmüşkən nə zaman ailə qurmağı düşünürsünüz?

- İncəsənət adamının nə zaman ailə quracağı bəlli deyil. Bizim yerimiz, vaxtımız bəlli olmur. Bəzən gecələr mərasimlərdə oluruq. Mənim sənətlə bağlı işlərimin çoxluğuna dözən xanımla ailə quraram. Qadın səliqəli olmalıdır. Qadın istəsə kişini "heyvərə", istəsə pak edər. Nadürüst kişilər çoxdur. Qadın müqəddəs məxluqdur, çünki anadır. Ana başqa şeydir. Əgər qadın Allahdan sonra dünyaya övlad gətirirsə, böyük şəxsiyyətdir.

- Şou-biznesdə saxta evliliklər də çoxdur.

- Onları qınamıram. Evlənirlər ki, bəlkə sonra hər şey düzələr. Amma əsl ailə qurmaq başqadır. Bir ay sonra boşanacağamsa, niyə evlənim?

- Son günlər şou-biznesdə qalmaqalların sayı artıb. İzləyirsiniz?

- Vallah, izləmirəm. Bu gün qalmaqal edib, səhəri gün barışırlar. Qalmaqal etdiyin adam sənin üçün yox olmalıdır. Mən problemim olan sənət yoldaşımla efirsiz məsələmi həll edirəm.

- Aygün Kazımova ilə Eltonun qalmaqalı da müzakirələrə səbəb oldu. Hətta Kazımova Eltona şeir də yazmış, orada yer alan "Bəlkə Elton Consan” ifadəsi Eltonu özündən çıxarmışdı. Bilirsiniz ki, Elton Con dünyanın məşhur homoseksual müğənnisidir. Sizə belə şeir yazılsa, necə qarşılayarsınız?

- Bu məsələdən xəbərsizəm. Həmin an bilmirəm ki, necə reaksiya verərəm. O cür situasiya ilə qarşılaşmamışam. Gərək nə isə edəsən ki, sənə şeir yazsınlar. Bu məsələyə münasibət bildirmək istəmirəm. Çünki xəbərsizəm. Artıq söz deyərəm, yanlış anlaşılar.

- Deyirlər ki, şou-biznesdə dostluq yoxdur, sənət adamları ancaq bir-birilərinin ayağınını altını qazır.

- Şou-biznesdə bir xanım dostum var. O da Səidə Sultandır. Bir-birimizə söz vermişik ki, aramızda problem yaşanmayacaq. Püxtələşmiş insanlarıq, yaşımız səhv etməyə imkan vermir, bizim üçün ayıb olar. Araya üçüncü adamın girməsinə imkan vermək olmaz, paxıl insanlar dostluğu pozmaq istəyir. Allah onlardan qorusun.

- Hazırda şou-biznes durğunluq dövrünü yaşayır, müğənnilər sənətləri üzərində işləmir. Bəziləri isə Türkiyə şou-biznesinə üz tutur.

- Bizdə şou da, biznes də yoxdur. Şounu göstərmək üçün şərait də mövcud deyil. Şounu harada göstərək? Konsert salonlarının qiyməti bahadır. Məcburuq ki, şounu restoranlarda göstərək. Restoranların biri ilə danışmışam, həftə sonları səhnəyə çıxacaq. Şou-biznesin ölməsinin günahı müğənnilərdə deyil, şərait yoxdur. Müğənnilər toylara üz tutur. Mənə xarici ölkələrdə də fəaliyyət göstərmək lazım deyil. Qonaq olaraq xarici ölkələrə gedə bilərəm, amma pul verib orada fəaliyyət göstərmərəm.

- Yeni yaradıcılıq işləriniz var?

- Hər an sənətimlə məşğulam. Söz və musiqisi Tural Bayraməliyevə məxsus yeni "Səninlə” mahnım işıq üzü gördü. Tezliklə ritmik, bolqarların mənim üçün yazdığı "Azeri güzeli” mahnısını təqdim edəcəyəm. Aranjemanı Fərid İman edib. Mən bir aranjemançı və musiqiçi ilə işləyirəm, müqavilə bağlamışam. Konsertlərimə də cavabdeh odur. Səidə Sultan, Mətanət Əsədova ilə duetlərimiz olacaq. "O səs Türkiyə”dən İsmayıl mənim üçün gözəl mahnı yazıb.

- Yeni mahnıların çoxunun plagiat olduğu iddia olunur. Bu fikirlə razısınız?

- Qeyri-peşəkar bəstəkarın yazdığı plagiat olur. Mənim modadan başım çıxmadığı halda jurnallarda gördüyümü dizayn etsəm, plagiat iş yaradacağam. Plagiat mahnıların olması ilə razıyam. Mən Nailə Mirməmmədli kimi dəsti xətti olan, peşəkar bəstəkarlarla çalışıram.

- İllərdir ki, sənətdəsiniz. Gənc müğənnilər haqda nə düşünürsünüz?

- Gənc müğənnilər üzərində işləyir. İndi tanınmaq çətindir. Səhnəyə gəlmək asan olsa da, özünü tanıtmaq böyük problemdir. Mən səhnəyə çıxanda alqışlarla qarşılanıram, demək ki, sözümü deyə bilmişəm, tamaşaçılar məni sevir. Müğənni mahnını sevdirməlidir. Xalq və ya əməkdar artist olmaq önəmli deyil, əsas yaddaşda qalmaqdır.

- Sənətçı kişilərin botoks etdirib, saç rəngləmələıri birmənalı qarşılanmır.

- Sənət adamları sadaladıqlarınıza görə qınanmamalıdır, biz şərait yaratmamaılıyıq. Biz səhnədə gözəl görünməliyik, şıq olmalıyıq. Səhnə olanda belə formada olmalıyıq, tör-töküntü geyinməməliyik. Sənətçidən üçün boya, düzgün botoks lazımdır.

- Bir az da devalvasiyadan danışaq. Manatın dəyərdən düşməsi sizə necə təsir etdi?

- Dolların kursu qalxdı. Maşınım kreditdə idi, ona görə problemim oldu. Sağ olsunlar ki, bank işçiləri hörmət etdi.