Çin Xalq Respublikasının sədri Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying bildirib.

"Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç və Macarıstan Prezidenti Tamaş Sulyok və Baş naziri Viktor Orbanın dəvəti ilə Sədr Si Cinpin mayın 5-dən 10-dək Fransa, Serbiya və Macarıstana dövlət səfərləri edəcək", - o bildirib

Qeyd edək ki, bu, Si Cinpinin son 5 ildə Avropaya ilk səfəridir.

.