Enerji keçidi Azərbaycan kimi ölkələr üçün vacibdir, ölkələr keçidin rahat və müəyyən məqsədə yönəlmiş olmasını təmin etməliyik.

Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı regionunda daha ekoloji cəhətdən təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi” adlı tədbirdə deyib.

“Bu məsələdə COP28 mühüm rol oynayıb və enerji keçidi məsələsini ön plana çəkib. Biz bütün regionun inkişafına təkan verə biləcək layihələri də nəzərdən keçirməliyik”, - nazir vurğulayıb.

.