İngiltərənin "Liverpul" klubu yeni baş məşqçi ilə bağlı qərarını təsdiqləyib.

İngiltərə mətbuatı xəbər verir ki, klub "Sportinq"in baş məşqçisi Ruben Amorimi transfer etməyi hədəfləyir.

Portuqaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilə qədər olan mütəxəssisin təzminat məbləği 15 milyon avrodur.

İngiltərə təmsilçisi baş məşqçinin bu təklifini qəbul etdiyi bildirilib.

Komandanın hazırkı baş məşqçisi Yurgen Klopp mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.

Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasında 30 turdan sonra 64 xalla ikincidir. Komanda eyni xala malik birinci yerdə olan "Arsenal"dan yalnız top fərqində geri qalır.

.