“Günay Sığorta” ASC-yə yeni qanuni təmsilçi təyin edilib.

Bu, Azərbaycan Mərkəzi Bankının sığortaya nəzarət departamentinin əməkdaşı Omarxan İsayevdir.

Omarxan İsayev bu vəzifədə Pərviz Rzayevi əvəz edib. O.İsayev bundan əvvəl, keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasında və Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Dövlət Sığorta Nəzarəti xidmətində çalışıb.

Qeyd edək ki, "Günay Sığorta"nın səhmlərinin 21,62 %-i isə ləğv prosesində olan "Günay Bank" ASC-yə məxsusdur. Bankın lisenziyasının ləğv edilməsindən sonra sığorta şirkətinin bağlanma riskləri artıb. Bundan əvvəl, Azərbaycan Mərkəzi Bankı "APA-Economics"in sorğusuna cavab olaraq “Günay Bank” ASC-nin lisenziyasının ləğv edilməsinin “Günay Sığorta” ASC-yə təsirlərinin qiymətləndirilirdiyini, bununla əlaqədar qısa zamanda əlavə məlumat verilməsinin nəzərdə tutulduğunu qeyd etmişdi. Məsələyə hələlik aydınlıq gətirilməyib.

.