Moskva "Kim hardan çıxır?" mövzusunda zərərli müzakirələrin bitəcəyinə ümid edir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI -yə müsahibəsində Ermənistanın KTMT ilə münasibətlərinə dair suala cavabında bildirib.

Mixail Qaluzin qeyd edib ki, KTMT çərçivəsində İrəvanla qarşılıqlı fəaliyyətin bütün məsələləri, o cümlədən təşkilatın Ermənistan ərazisində müşahidə missiyasının yerləşdirilməsi konstruktiv və qarşılıqlı faydalı əsasda həll olunacaq.

"Ermənistan tərəfinin narahatlıqları KTMT-də mövcud olan qarşılıqlı fəaliyyət formatları çərçivəsində - Daimi Şuranın iclaslarından tutmuş Kollektiv Təhlükəsizlik Şurasına qədər müzakirə olunur. Biz öz tərəfimizdən KTMT-nin missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik", - rusiyalı diplomat vurğulayıb.

 

.