“Qərb nüvə gücləri arasında birbaşa toqquşma həddinə yaxınlaşıb. Hadisələrin bu cür inkişafı fəlakətlə nəticələnəcək münaqişəyə səbəb ola bilər”.

Müvafiq bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov çıxış edib.

Rusiya diplomatiyasının rəhbəri onu da vurğulayıb ki, Moskva Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyası məsələsinin müzakirəsinə yalnız ABŞ-nin də bunu edəcəyi təqdirdə yenidən başlamağa hazırdır.

Lavrov qeyd edib ki, hazırda Rusiya ilə ABŞ arasında strateji sabitlik məsələləri üzrə dialoqun bərpası üçün heç bir əsas yoxdur.

Mənbə: TASS

.