Millət Vəkili Fazil Mustafaya sui-qəsd olub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, deputat yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Araşdırmalar davam etdirilir.

DİN-dən verilən məlumata görə hadisə Sabunçu rayonunda baş verib. Hazırda əməliyyat axtarış qrupu hadisə yerindədir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarışdadır.

***

Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.

Hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.Deputat Fazil Mustafa güllələnib

Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.

DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

.