Braziliyalı futbolçu Dani Alvesin həbsdən buraxılması üçün tələb edilən 1 milyon avroluq girovu ödəyən şəxs bəlli olub.

Bu vəsaiti Niderland millisinin futbolçusu Memfis Depay ödəyib.

“Atletiko”da çıxış edən hücumçu “Barselona”nın sabiq müdafiəsinin azadlığa buraxılması üçün yardımçı olub. Bank hesabları dondurulan və borcları olan Alvesin özü 1 milyon avro tapa bilməyib.

 

Qeyd edək ki, Memfislə Dani eyni vaxtda “Barselona”da forma geyinib.

.