ABŞ dövlət katibi Entoni Blinken Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb.

Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN-dən bildirilib ki, “Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalı, "bir-birini incitməkdənsə, uğur qazanmağa kömək etməli, amansız rəqabətə girməkdənsə, ümumi zəmin tapmalıdır”.

ÇXR sədrindən əvvəl Blinken həmkarı Van İ ilə beş saat yarımdan çox görüş keçirib və ABŞ diplomatı bunu “konstruktiv” adlandırıb.

.