Belarusda taktiki nüvə silahından istifadə edə bilən bölmələr yoxlanılacaq.

Bunu Belarus televiziyasında çıxışında Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bildirib.

Onun sözlərinə görə, Belarus ətrafında mövcud vəziyyətə əsaslanaraq, ölkədə Silahlı Qüvvələrin döyüş hazırlığının yüksəldilməsi davam etdirilir.

.