Azərbaycan və Ermənistan liderləri arasında iyulun sonunda Brüsseldə keçiriləcək danışıqlarda irəliləyiş gözləyirik.

Bu barədə Avropa İttifaqının (Aİ) bəyanatında deyilir.

“Danışıqlar və dialoq Azərbaycan və Ermənistan arasında ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yoludur. Buna görə də, dialoqun davamlılığı və konkret nəticələri proses üçün mühüm əhəmiyyət kəsb edir. Biz Bakının Aİ-nin köməyi ilə iyulun 21-də keçiriləcək növbəti iclasda iştirakını alqışlayırıq. Bu görüşdə daha çox irəliləyiş əldə edilməlidir”, - bəyanatda bildirib .

Qeyd olunub ki, Avropa İttifaqı Azərbaycan və Ermənistanın mayın 14-də Brüsseldə Aİ-nin himayəsi altında sülh danışıqlarında iştirakının bərpasını alqışlayır və bu müddət ərzində hər iki tərəf bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığını təsdiqləyib:

“İyunun 1-də Kişineuda Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilən görüş onların prosesə sadiqliyini bir daha nümayiş etdirib”.

.