ABŞ Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsindən dərin narahatlıq duyur.

AFP xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi mətbuat brifinqində deyib.

"Biz bu qanunvericilikdən - onun müxalif fikirləri və söz azadlığını boğmaq baxımından nə edə biləcəyi barədə çox narahatıq. Orada (Gürcüstanda-red.) canlı vətəndaş cəmiyyəti var", - Con Kirbi vurğulayıb.

.