2024-cü ilin ən məhsuldar futbolçuları açıqlanıb.

İFFHS-in cədvəlinə Akram Afif başçılıq edir.

Qətər millisinin və “Əl-Sədd”in hücumçusu ilin ilk üç ayında 20 qola imza atıb. Viktor Qyokeres İsveç millisi və “Sportinq”də ümumilikdə 19 dəfə fərqlənib. İlk “üçlüy”ü Kilian Mbappe qapayır. Fransa millisinin və PSJ-nin ulduzu 17 qola sevinib.

 

Qeyd edək ki, cədvəldə ən azı 10 qol vuran 52 futbolçu yer alıb.

.